Menyu

Zaxarova Qərbdən cavab gözləyir: "Bəs eskalasiyadan kim faydalanır?"

Zaxarova Qərbdən cavab gözləyir:  "Bəs eskalasiyadan kim faydalanır?"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələrini Yaxın Şərqdə eskalasiyanın kimə sərf etdiyi sualına cavab verməyə dəvət edib.

"Operativ Media" xəbər verir ki, diplomat diqqəti Qərbin informasiya siyasətinə və "Yaxın Şərqdə eskalasiyanın beynəlxalq ictimaiyyəti Ukraynadakı vəziyyətdən yayındırdığı üçün Rusiya üçün faydalı olması" tezisini obsesif şəkildə təbliğ etdiyinə yönəldib.

Bununla bağlı Zaxarova qeyd edib ki, Qərb dövlətləri Rusiyanın regionda atəşkəsdə israrlı olması, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsinə müvafiq çağırış daxil etməsi faktına diqqət etməyi unudurlar: "Birləşmiş Ştatlar Rusiyanın BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini məhz atəşkəs çağırışına görə blokladı".

"Bəs eskalasiyadan kim faydalanır?" - Zaxarova Qərbə müraciət edərək "Telegram" hesabında yazıb. 

Teqlər:

"Zaxarova Q\u0259rbd\u0259n cavab g\u00f6zl\u0259yir: \"B\u0259s eskalasiyadan kim faydalan\u0131r?\""

Əlaqəli Xəbərlər