Reuters: ABŞ ordusu İraqdakı bazası yaxınlığında PUA vurub
ABŞ ordusu İraqın Ənbar əyalətində yerləşən Amerikanın Ayn əl-Əsəd bazasına pilotsuz uçuş aparatının (PUA) hücumunun qarşısını alıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinin agentliyə verdiyi məlumata görə, PUA bazadan bir neçə kilometr aralıda vurulub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bundan əvvəl "Shafaq News" xəbər portalı İraqın İslami Müqaviməti hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb ki, hərəkata daxil olan silahlı qruplaşmaların döyüşçüləri pilotsuz vasitələrdən istifadə edərək bazaya hücum ediblər.
Həmçinin, Ayn əl-Əsəd bazası oktyabrın 26-da pilotsuz vasitələrlə hücuma məruz qalıb. "Al Mayadeen" telekanalının məlumatına görə, radikal HƏMAS hərəkatının İraq qolu zərbəyə görə məsuliyyəti öz üzərinə götürüb.
Teqlər:
"Reuters: AB\u015e ordusu \u0130raqdak\u0131 bazas\u0131 yax\u0131nl\u0131\u011f\u0131nda PUA vurub"