Menyu

ÜST: Oktyabrın 7-dən Qəzzada 16 tibb işçisi həyatını itirib

ÜST: Oktyabrın 7-dən Qəzzada 16 tibb işçisi həyatını itirib

Oktyabrın 7-dən Qəzza zolağında səhiyyə infrastrukturuna ən azı 75 hücum baş verib, nəticədə 16 tibb işçisi həlak olub, 30-u yaralanıb. 

"Operativ Media" xəbər verir ki, bu məlumatları Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin ərazilərindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə qeyd edib.

"Qəzzada səhiyyə infrastrukturuna 75 hücum olub. 16 tibb işçisi vəzifə borcunu yerinə yetirərkən həlak olub, 30-u yaralanıb, 24 təcili yardım maşını zədələnib", Piperkorn bildirib.

"Yanacaq və tibbi ləvazimat çatışmazlığı kəskin şəkildə müşahidə olunur. Böyrək dializinə ehtiyacı olan 1000-ə yaxın xəstə, şüşə altında olan 130 körpə, 2000 xərçəng xəstəsi, o cümlədən reanimasiya şöbəsi xəstələri risk altındadır", - o əlavə edib.

Pieperkorn bildirib ki, Qəzza zolağındakı 35 xəstəxanadan 23-ü "yalnız qismən işləyir". Bundan başqa, ilkin tibb müəssisələrinin 64 faizi fəaliyyət göstərmir. ÜST nümayəndəsi diqqəti vəba və kəskin ishal, eləcə də dəri xəstəliklərinin yayılma riskinin artmasına yönəldib. 

Teqlər:

"\u00dcST: Oktyabr\u0131n 7-d\u0259n Q\u0259zzada 16 tibb i\u015f\u00e7isi h\u0259yat\u0131n\u0131 itirib"

Əlaqəli Xəbərlər