Menyu

İsrail Qəzzada quru əməliyyatını genişləndirib - YENİLƏNİB

İsrail Qəzzada quru əməliyyatını genişləndirib - YENİLƏNİB

İsrail Qəzza zolağında quru hərbi əməliyyatının miqyasını genişləndirir. 

"Operativ Media" xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri deyib.

"Qəzzə zolağına hücumların tempini artırdıq. Hərbi-hava qüvvələrimiz yeraltı hədəflərə və terrorçuların infrastrukturuna zərbələr endirir. Qəzza zolağına hücumların davamı olaraq qüvvələrimiz bu saatlarda quru əməliyyatlarının əhatə dairəsini genişləndirir", - o, axşam brifinqində deyib.

Həcəri qeyd edib ki, cümə günü İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının Qəzzada Şifa xəstəxanasından öz məqsədləri üçün istifadə etdiyinə dair kəşfiyyat məlumatları təqdim edib: "Biz bu barədə dünyaya məlumat vermişik və məlumat verməyə davam edəcəyik. Qəzza şəhəri və ətraf ərazilərə zərbələr endirməyə davam edirik və şəhər sakinlərini zolağın cənub hissələrinə təxliyə olmağa çağırırıq".

*** 21:34

İsrail ordusu Qəzza zolağında quru əməliyyatlarına başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü bildirib.

Bildirilib ki, əlavə təfərrüatlar barədə açıqlama veriləcək. 

Teqlər:

"\u0130srail Q\u0259zzada quru \u0259m\u0259liyyat\u0131n\u0131 geni\u015fl\u0259ndirib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər