AzəriMed Qrafik Dizayner vəzifəsinə işçi axtarır.
Tələblər:
Təcrübə: Müvafiq sahələrdə minimum 1 il iş təcrübəsi;
Adobe Illustrator, Adobe Photoshop, Adobe Indesign proqramlarını bilməli;
GiF hazırlama bacarığı üstünlükdür;
Çevik və işində məsuliyyətli;
Kreativ, zövqlü və yaradıcı yanaşma;
Sürətli işi qavrama bacarığı;
Komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Sosial media şəbəkələri üzrə digital postların və digər məzmunların (banner, story) dizayn edilməsi;
Şirkətin reklam materiallarının (paket, vizit kart, banner, menu və s.) dizaynının hazırlanması;
Günlük dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi;
Rəhbərlik tərəfindən tapşırılan dizayn işlərinin vaxtında və düzgün təhvil verilməsi;
Görülən işlər barədə müvafiq hesabatların hazırlanması.
İş şəraiti:
Əmək haqqı: 800 - 1000 AZN (gross)
Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli 1/11 küç.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Qrafik Dizayner” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.