http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İsmayıllıda şagird bıçaqlandı

04 Oktyabr 2022 , 10:14
İsmayıllıda şagird bıçaqlandı

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, İsmayıllı rayonunun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb.

Onların arasında mübahisə və bıçaqlanma hadisəsi kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər 4 nahiyyəsindən bıçaq xəsarətləri alan Nihat Fətəliyev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov "Operativ Media"ya bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb

Bakıda “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
  • Dünən
    21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
  • Dünən
    20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • Dünən
    19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • Dünən
    19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • Dünən
    18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
Menyu