Özbəkistanda avtomobili sərxoş halda idarə edən sürücülərə cinayət işi açılacaq

Redaksiya
Özbəkistanda avtomobili sərxoş halda idarə edən sürücülərə cinayət işi açılacaq

Özbəkistanda yol hərəkəti ilə bağlı qanunlara dəyişikliklər edilir. 

"Operativ Media" Özbəkistan KİV-ə istinadən xəbər verir ki,  sərxoş vəziyyətdə avtomobil idarə etməyə, nəqliyyat vasitəsini idarəetməni sərxoş şəxsə verməyə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilmiş şəxsin nəqliyyat vasitəsini idarə etməsinə görə və imtahandan yayınmağa görə cinayət məsuliyyətinin tətbiqi nəzərdə tutulur.

Müəyyən edilir ki, hüquqpozmanın sərxoş vəziyyətdə və ya narkotik vasitələrin, onların analoqlarının, psixotrop maddələrin və ya şəxsin intellektinə təsir göstərən digər maddələrin təsiri altında törədilməsi ağırlaşdıran məsuliyyət hesab edilir.

Digər xəbərlər