http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Naxçıvanda son 1 ayda 67 nəfər saxlanılıb

29 Noyabr 2023 , 19:11
Naxçıvanda son 1 ayda 67  nəfər saxlanılıb

Naxçıvan polisi tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 67 nəfər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, qeyd edilən dövr ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin vətəndaşlarda olan silahların təhvil verilməsi çağırışına əsasən muxtar respublika sakinləri 6 ədəd odlu silah, 4 ədəd avtomat darağı, 262 ədəd müxtəlif çaplı sursat, 1 ədəd optik snayper nişangahı, 2 ədəd qaz tapançasını təhvil verib.

Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz olaraq saxladıqları 10 odlu silah, 37 ədəd patron, 1 ədəd avtomat xəzinəsi və 2 ədəd beşbarmaq soyuq silah aşkarlanaraq götürülüb.

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 24 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

Həmçinin mənzillərdən, ticarət obyektlərindən, eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, əlvan metallar, tikinti materilları, məişət əşyaları iribuynuzli heyvanlar oğurlayan 40 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz yollarla aksiz markası olmayan tütün məhsullarının, güclü təsirə malik dərman vasitələrinin və saxta dollarların satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqı davam etdirilir.

Əlavə olaraq keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mülki hüquqi öhdəliklərin icrasından yayındıqlarına görə, eləcə də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 106 nəfər saxlanılıb.

Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu