Menyu

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Redaksiya
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib
1 dəq oxu

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin".

Əlaqəli Xəbərlər