Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, saxtalaşdırılmış spirtli içkilərin satışının həyata keçirilməsi ilə bağlı daxil olan müraciət əsasında paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində fiziki şəxs Həmidli Aqşin Ceyhun oğluna məxsus “Wine House” şərab evində araşdırma aparılıb.
Yoxlama zamanı ticarət obyektinin vitrinində 2 ədəd 1l-lik “Absolut Vodka”, 2 ədəd 0,7 ml-lik “Neft Vodka”, 3 ədəd 0,7 ml-lik “Nemiroff Vodka Delikat”, 1 ədəd 1l-lik “Nemiroff Vodka Delikat”, 2 ədəd 0,7 ml-lik “Nemiroff Vodka Original”, 2 ədəd 1l-lik “Nemiroff Vodka Original”, 1 ədəd 0,5 ml-lik “Nemiroff Vodka Original” və 1 ədəd 1l-lik “Nemiroff Vodka Wheat” əmtəə nişanlı saxta araq məhsulları aşkar olunub.
Faktla əlaqədar həmin məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.