30 Noyabr 2022, 18:25
Goranboyun 2039-cu ilədək inkişafına dair Baş planı təsdiqlənib
Goranboyun 2039-cu ilədək inkişafına dair Baş planı təsdiqlənib şəkil
Goranboyun 2039-cu ilədək inkişafına dair Baş planı təsdiqlənib

Goranboy şəhərinin 2039-cu ilədək inkişafına dair Baş planı təsdiqlənib. 

"Operativ Media" xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Goranboy şəhərinin Baş planı 2039-cu ilə qədər olan dövrü əhatə edir.

Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunmuşdur. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınmışdır.

 

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi