Dünən yol qəzalarında 2 nəfər ölüb

Nərmin Qocamanlı
Dünən yol qəzalarında 2 nəfər ölüb

Noyabrın  30-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 113, o cümlədən borclu şəxs qismində axtarışda olan 86 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Digər xəbərlər