Bərdədə narkotik satan iki nəfər saxlanılıb

Nərmin Qocamanlı
Bərdədə narkotik satan iki nəfər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təbirlər nəticəsində narkotik vasitələriin qanunsuz dövriyyəsində şübhəli bilinən  şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər də eyni əmələ görə məhkum olunmuşlar Mustafa Nəsibov və Qurban Nuriyev saxlanılıblar. Onların üzərinə  baxış keçirilən zaman M.Nəsibovdan metamfetamin, marixuana, elektron tərəzi və süngü bıçaq, Q.Nuriyevdən isə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Digər xəbərlər