Şuşada yük maşını aşıb, 1 nəfər ölüb
Nərmin Qocamanlı
Şuşada SOCAR-a məxsus yük maşını aşıb, sürücü vəfat edib.
"Operativ Media" "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün Daşaltı kəndində baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, yanacaq daşıyan “Mercedes” markalı yük avtomobili idarəetməni itirərək aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Yola dağılmış yanacaq polis və FHN əməkdaşları tərəfindən yoldan təmizlənib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net