Qaradağda elektik naqillərini kəsərək oğurlayan 3 nəfər saxlanılıb-VIDEO

Nərmin Qocamanlı
Qaradağda elektik naqillərini kəsərək oğurlayan 3 nəfər saxlanılıb-VIDEO

Qaradağ rayonunda strateji əhəmiyyətli obyektləri elektik enerjisi
ilə təmin edən naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən  naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb. Əməliyyat zamanı Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev tutularaq istintaqa təqdim ediliblər. Onlar kəsdikləri naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. 


Faktlarla bağlı toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onların paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Qaradağ Rayon Polis İdarəsinə məlumat verə bilərlər.


 

Şəkil Qalereyası

Qaradağda elektik naqillərini kəsərək oğurlayan 3 nəfər saxlanılıb-VIDEO - Şəkil 1
Qaradağda elektik naqillərini kəsərək oğurlayan 3 nəfər saxlanılıb-VIDEO - Şəkil 2
Qaradağda elektik naqillərini kəsərək oğurlayan 3 nəfər saxlanılıb-VIDEO - Şəkil 3
Qaradağda elektik naqillərini kəsərək oğurlayan 3 nəfər saxlanılıb-VIDEO - Şəkil 4
Qaradağda elektik naqillərini kəsərək oğurlayan 3 nəfər saxlanılıb-VIDEO - Şəkil 5

Digər xəbərlər