Menyu

Buzovnada iki gün əvvəl başından bıçaqlanan qadın ölüb

Nərmin Qocamanlı
Buzovnada iki gün əvvəl başından bıçaqlanan qadın ölüb

Paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində əri və oğlu qətlə yetirilərkən yaralanan 1945-ci il təvəllüdlü Şahirə Muradova xəstəxanada ölüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti "Operativ Media"ya bildirilib.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradovun, xəsarət alan daha bir nəfər, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Yaralılardan daha bir nəfər - 1971-ci il təvəllüdlü Rahil Muradov tibbi müdaxilələrə baxmayaraq xəstəxanada ölüb 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

Əlaqəli Xəbərlər