http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

01 Dekabr 2022 , 18:51
Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Hyundai” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib.


Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü Ceyhun Balayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.


Müayinənin nəticəsinə əsasən C.Balayevin narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.


Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Balayev 2 il sürücülük hüququndan məhrum edilməklə 500 manat cərimə olunub.

OXŞAR XƏBƏRLƏR
Şuşada mikroavtobus aşıb, yaralananlar var

Şuşada mikroavtobus aşıb, yaralananlar var

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu