http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası nə vaxt yekunlaşacaq?

30 Dekabr 2023 , 18:25
Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası nə vaxt yekunlaşacaq?

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası işlərinin 70 faizi artıq razılaşdırılıb. Bunu Gürcüstan parlamentinin Xarici Əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze sonra jurnalistlərə açıqlamasında deyib. O əlavə edib ki, qalan 30 faizin razılaşdırılması üzərində iş gedir. Qaydalara əsasən 100 faiz razılaşma olduqdan sonra delimitasiya müqaviləsi imzalanmalıdır. Millət vəkili Rasim Musabəyov deyir ki, razılaşma olmasa da, Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı davam edir.

''Azərbaycan-Gürcüstan sərhəddi baxmayaraq ki, 70%-i razılaşdırılıb, 30%-i ilə bağlı danışıqlar gedir. Əsas odur ki, bu sərhəddə sakitlikdir və gərginliyə yol verilmir. İndiyə qədər sərhədlərin delimitasiyasi aparılmadığı halda Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığına heç bir maneə yoxdur''.

Millət vəkili Gürcüstanla-Azərbaycan arasında delimitasiya prosesinin uzanmasının səbəblərini də açıqlayıb. Bildirib ki, zaman-zaman hər iki ölkə tərəfindən delimitasiyanın başa çatdırılması üçün danışıqlar intensiv xarakter alıb.

''Gürcüstanda bir müddət var idi ki, hər il hökümət dəyilşilirdi. Bu məsələlərlə cavabdeh olan şəxslər təzələnirdi. Yeni təyin edilən kimi bir də görürdü ki, onun özünün yerlərini dəyişirlər. Ona görə də bu danışıqlar prosesi dayanmışdır. Demək istəyirəm ki, Azərbaycanla Gürcüstan unikal deyil bu məsələdə. Elə Ermənistanla Gürcüstanın da təxminən sərhədlərinin 30%-nin delimitasiyasi tamamlanmayib''.

Millət vəkili deyir ki, hazırda Gürcüstanla-Azərbaycanın bəzi razılaşdırılması məqamları var. Bütün hallarda dostluq münasibətinə, işgüzar şəraitə xələl gətirilmədən həmin razılaşmalar əldə ediləcək".

OXŞAR XƏBƏRLƏR
Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:22

    Bu tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək
    Bu tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
  • 11:17

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 10:52

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 10:37

    Pol Poqba yaşıl meydanlara qayıdır
  • 10:20

    DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb
Menyu