Menyu

Bakının Nizami rayonunda ev yanıb

Operativ Media
Bakının Nizami rayonunda ev yanıb
1 dəq oxu

Bakı şəhərinin Nizami rayonunda ev yanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 18 m² sahədə, bitişik ümumi sahəsi 45 m² olan birmərtəbəli evin 1 ədəd pəncərə çərçivəsi yanıb. 

Nazirliyin yaydığı məlumata əsasən yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş evdən 2 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. 

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Əlaqəli Xəbərlər