Menyu

Bakı sakininin bank hesabından 5000 manat oğurlanıb

Nərmin Qocamanlı
Bakı sakininin bank hesabından 5000 manat oğurlanıb
1 dəq oxu

Bakı sakininin bank hesabından 5000 manat oğurlanıb.

Bu barədə "Operativ Media" Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə Biləcəri qəsəbəsində yaşayan bir nəfərin bank hesabından 5000 manatının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Taleh Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər