http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Sumqayıtda silsilə oğurluqlar edən dəstə üzvləri tutulub

03 Dekabr 2022 , 13:24
Sumqayıtda silsilə oğurluqlar edən dəstə üzvləri tutulub

Sumqayıt şəhərində son 15 gündə silsilə oğurluqlar edən 8 nəfərdən ibarət 3 dəstənin üzvü saxlanılıb

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində şəhər ərazisində marketlərdən, evlərdən, habelə avtomobillərdən oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Fərid Baxşıyev, Daşqın Salmanov və Fərid Qurbanov tutulublar. Aparılan araşdırmalar zamanı bu şəxslərin Novxanı bağlar massivində 10-dan çox evdən kombi aparatları və digər məişət əşyaları oğurladıqları məlum olub.
Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı gecə saatlarında Sumqayıt şəhərində avtomobillərin şüşələrini qıraraq maşınların salonlarından və marketlərdən silsilə oğurluqlar edən Qabil Kərimov və Orxan Qurbanov da saxlanılaraq istintaqa təqdim ediliblər.
Həyata keçirilən sonuncu əməliyyat zamanı isə Sumqayıt şəhəri Sahil küçəsində evlərdən təmir-tikinti alətləri və dəmir ləvazimatlar oğurlayan Ruslan Qasımov, Roman İsmayılov və İbrahim Abdullayev saxlanılıblar. 
Aşkar edilən faktlarla bağlı toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin hər biri barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR
Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

XƏBƏR LENTİ
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
Menyu