03 Dekabr 2022, 17:07
Yaşar Əliyev: "Son 30 ildə Ermənistanın Azərbaycan ərazisində yerləşdirdiyi minalardan 3 336 nəfər zərər çəkib"
Yaşar Əliyev: "Son 30 ildə Ermənistanın Azərbaycan ərazisində yerləşdirdiyi minalardan 3 336 nəfər zərər çəkib" şəkil
Yaşar Əliyev: "Son 30 ildə Ermənistanın Azərbaycan ərazisində yerləşdirdiyi minalardan 3 336 nəfər zərər çəkib"

"Son 30 ildə 3 336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) minalardan zərər çəkib, 131 hadisə kasetli sursatlarla bağlı olub".

"Operativ Media"nın xəbərinə görə, bu, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, Ermənistan tərəfindən minaların harada gəldi basdırılması yenə də dinc sakinlərin ölümünə və əziyyət çəkmələrinə gətirib çıxarır. Son 30 ildə 3336 nəfər (o cümlədən 357 uşaq və 38 qadın) belə minalardan zərər çəkib. 131 hadisə kasetli sursatlarla bağlı olub. 2022-ci il oktyabrın 3-nə olan məlumata görə, üçtərəfli Bəyanat imzalanandan sonra 257 hərbi qulluqçu və mülki şəxs minaya düşüb, nəticədə 44 nəfər ölüb, 213 nəfər, o cümlədən 9 uşaq, 1 qadın və 3 KİV nümayəndəsi yaralanıb.

Son xəbərlər
Lionel Messi Azərbaycan səfəri ilə bağlı paylaşım etdi
13 Dekabr 2024, 00:33
AL: "Qarabağ" "Elfsborq" səfərində - YENİLƏNİR
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib
"Qarabağ" - "Elfsborq" matçının start heyətləri açıqlandı