Menyu

Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Naxçıvanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Operativ Media”ya verilən məlumata görə, Naxçıvan şəhəri ərazisində “VAZ2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Elçin Kərimli narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Kərimli barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Teqlər:

"Nax\u00e7\u0131vanda narkotik vasit\u0259nin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər