Sabah qar yağacaq, yollar buz bağlayacaq

admin
Sabah qar yağacaq, yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, yanvarın 14-də gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Axşam tədricən kəsiləcək. Gecə və səhər duman olacaq. Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

 

Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Digər xəbərlər