13 Yanvar 2024, 13:45
Yol polisi moped sürücülərinə xəbərdarlıq etdi
Yol polisi moped sürücülərinə xəbərdarlıq etdi şəkil
Yol polisi moped sürücülərinə xəbərdarlıq etdi

Hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin ​ idarə edilməsində ciddi cətinliklər yaradır.

“Operativ Media” xəbər verir ki, fiziki meteoroloji amillərin, xüsusilə küləyin təsiri nəticəsində​ müvazinətin itirilməsi, eləcə də yol örtüyünün yaş olması ikitəkərli nəqliyyat vasitələrinin aşma və sürüşmə ehtimalını dəfələrlə artırır ki, bu da sürücü və digər hərəkət iştirakçıları üçün real təhlükədir.

DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.

Son xəbərlər
Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb
İlham Əliyev Britaniya Kralını təbrik edib
AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Rusiya və Ukrayna arasında əsir mübadiləsi aparılıb
Qanunsuz silah-sursat əldə etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb