14 Yanvar 2024, 12:31
Lənkərana 50 sm qar yağıb, şəhərə elektrik verilişi dayanıb

Lənkəran şəhərinə yağan qarın hündürlüyü 50 sm-ə çatır.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarından yağan qar Lənkəranda elektrik təsərrüfatına və yol infrastrukturuna ciddi ziyan vurub.
Hazırda rayon ərazisində qarın yağması davam edir.
Şəhərinin mərkəzində elektrik və rabitə dirəkləri, o cümlədən iri gövdəli ağaclar aşıb.
Hazırda problemin aradan qaldırılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, ötən gecədən indiyə kimi şəhər ərazisində elektrik enerjisinin verilişi dayanıb. Yollarda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.