KİV: Davosda Ukraynanın “sülh formulu” ilə bağlı görüş sonuncu olmalıdır
Bazar günü Davosda (İsveçrə) keçirilməsi planlaşdırılan Ukraynanın milli təhlükəsizlik müşavirləri səviyyəsində "sülh formulu" ilə bağlı dördüncü - sonuncu görüş olmalıdır. Görüşdə ABŞ da iştirak edəcək, lakin Çin nümayəndəsi olmayacaq".
"Operativ Media" xəbər verir ki, bu barədə İsveçrənin "Keystone-ATS" xəbər agentliyi adı açıqlanmayan isveçrəli mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, İsveçrənin xarici işlər naziri İqnazio Kassisin və Ukrayna prezidentinin dəftərxanasının rəhbəri Andriy Yermakın sədrliyi ilə keçiriləcək bu iclasda müzakirə mövzusu 2022-ci ilin noyabrında Ukrayna prezidenti Volodimir Zelenskinin açıqladığı 10 bəndlik sülh planı olacaq.
"Bu, Rusiyanın ideyası deyil, Ukraynanın planıdır. Rusiya ilə razılaşmada müzakirə olunacaq bütün məsələlər nəzərə alınıb", - mənbə bildirib.
Teqlər:
"K\u0130V: Davosda Ukraynan\u0131n \u201cs\u00fclh formulu\u201d il\u0259 ba\u011fl\u0131 g\u00f6r\u00fc\u015f sonuncu olmal\u0131d\u0131r"