Nərimanovda qadın kişini bıçaqlayıb
Nərmin Qocamanlı
Bakıda kafedə qadın kişini bıçaqlayıb.
"Operativ Media" "Report"a istinadən xəbər verir ki, hadisə dekabrın 4-də paytaxtın Nərimanov rayonu, R.Əliyev küçəsi 5 saylı ünvanda yerləşən "Kafe 21” adlı iaşə müəssisəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü İbrahimli Nigar Elçin qızı mübahisə zəminində 1990-cı il təvəllüdlü Hüseynli Şamil Zahir oğluna bıçaqla xəsarət yetirib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net