http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Cəlilabadda saxlanılan 3 nəfərdən 7 kiloqramdan artıq narkotik aşkarlanıb

05 Dekabr 2022 , 11:34
Cəlilabadda saxlanılan 3 nəfərdən 7 kiloqramdan artıq narkotik aşkarlanıb

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə və həblərin satışını təşkil etmək istəyən şəxslər ifşa olunaraq məsuliyyətə cəlb ediliblər. 


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakinləri Amid Əsgərov və Orxan Allahverdiyev Cəlilabad rayonu ərazisində saxlanılıblar. Onlardan ayrı-ayrı bükümlərdə ümumilikdə 3 kiloqram 885 qram marixuana, 1 kiloqram 935 qram tiryək və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb. 


Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini Elnur Məmmədov Cəlilabad rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onun əlindəki bağlamadan 1 kiloqram 260 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı Cəlilabad Rayon Polis Şöbəsində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb

Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb

Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq

Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq

ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib

XƏBƏR LENTİ
  • 15:40

    Şabranda İran vətəndaşı tərəfindən kuryerliyə cəlb olunan şəxsdən 50 kiloqram marixuana aşkarlanıb
  • 15:05

    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
    Konstitusiya Məhkəməsinin iclası başlayıb, parlament seçkilərinin nəticələrinin təsdiq olunmasına baxılır
  • 14:56

    Xəzərdə süni torpaq sahəsində tikinti üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq
  • 14:24

    ETSN ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirib
  • 13:33

    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
    Prezident "İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
Menyu