Menyu

İsmayıllıda avtomobil ağaca çırpılıb, 8 nəfər xəsarət alıb

Nərmin Qocamanlı
İsmayıllıda avtomobil ağaca çırpılıb, 8 nəfər xəsarət alıb

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-ci kilometrliyində, İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində “Mercedes-Vito” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini Elton Yusifovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 7 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər