Menyu

Quterreş: Fələstin xalqının dövlətçilik hüququnun inkarı qəbuledilməzdir

Quterreş: Fələstin xalqının dövlətçilik hüququnun inkarı qəbuledilməzdir

"Fələstin xalqının öz dövlətini qurmaq hüququ hamı tərəfindən tanınmalıdır".

"Operativ Media" xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş şənbə günü Qoşulmama Hərəkatının Uqandada keçirilən sammitində deyib.

"İsraillilər və fələstinlilər üçün iki dövlətin yaradılması haqqında qərarın qəbulundan imtina və Fələstin xalqının dövlətçilik hüququnun inkarı qəbuledilməzdir", - BMT-nin baş katibi vurğulayıb.

Quterreşin fikrincə, belə bir mövqe qlobal sülh və təhlükəsizliyə ciddi təhlükəyə çevrilmiş münaqişəni qeyri-müəyyən müddətə uzadacaq, qütbləşməni dərinləşdirəcək və hər yerdə ekstremistləri cəsarətləndirəcək.

"Fələstin xalqının öz dövlətini qurmaq hüququ hamı tərəfindən tanınmalıdır", - deyə o yekunlaşdırıb.

Qeyd edək ki, ötən gün İsrailin baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasının əleyhinə danışıb.

Teqlər:

"Quterre\u015f: F\u0259l\u0259stin xalq\u0131n\u0131n d\u00f6vl\u0259t\u00e7ilik h\u00fcququnun inkar\u0131 q\u0259buledilm\u0259zdir"

Əlaqəli Xəbərlər