Menyu

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon dolları ötüb

Operativ Media
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon dolları ötüb
1 dəq oxu

Azərbaycanla Gürcüstan arasında bu ilin ilk 9 ayında ticarət dövriyyəsi 900 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin ümumi nəticəsini artıq üstələyib.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat brifinqində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına indiyədək 4 milyard ABŞ dolları investisiya yatırılıb. Bu vəsaitin 2,1 milyard dolları SOCAR-ın payına düşür.

Onun sözlərinə görə, Gürcüstandan Azərbaycana yatırılan investisiyaların həcmi isə 460 milyon ABŞ dolları təşkil edir.

Ceyhun Bayramov bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq geniş potensiala malikdir və qarşılıqlı investisiyalar, ticarət əlaqələri, eləcə də birgə layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

Əlaqəli Xəbərlər