Menyu

Zelenski: "Trampın Ukraynanın Rusiya ilə müharibəsi haqqında ritorikası çox təhlükəlidir"

Zelenski: "Trampın Ukraynanın Rusiya ilə müharibəsi haqqında ritorikası çox təhlükəlidir"

Ukrayna prezidenti Vladimir Zelenski Donald Trampın Ağ Evə qayıtması perspektivindən narahat olduğunu və Trampın Ukraynanın Rusiya ilə müharibəsini 24 saat ərzində dayandıra biləcəyi iddiasını “çox təhlükəli” adlandırıb.

“Operativ Media” xəbər verir ki, Ukrayna lideri bu barədə Böyük Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində deyib.

Zelenski, həmçinin ABŞ-nin keçmiş prezidentini Kiyevə səfərə dəvət edib:

“Donald Tramp, mən səni Kiyevə dəvət edirəm. Əgər 24 saat ərzində müharibəni dayandıra bilsəniz, düşünürəm ki, gəlməyiniz kifayət edər”.

Ukrayna lideri telekanala müsahibəsi zamanı ABŞ-nin Ukraynanın perspektivini nəzərə almayan birtərəfli addım atmasından narahatlığını bölüşüb və Trampın “sülh planı” ətrafında detalların azlığını qeyd edib.

Zelenski keçmiş prezidentin ritorikasını “çox təhlükəli” adlandırıb və Trampın danışıqlar yolu ilə münaqişəni həll etmək ideyasının Ukraynanın Rusiyaya böyük güzəştlərə getməsinə səbəb ola biləcəyindən ehtiyatlanıb.

 

Sadiq Cavadov

Teqlər:

"Zelenski: \"Tramp\u0131n Ukraynan\u0131n Rusiya il\u0259 m\u00fcharib\u0259si haqq\u0131nda ritorikas\u0131 \u00e7ox t\u0259hl\u00fck\u0259lidir\""

Əlaqəli Xəbərlər