05 Dekabr 2022, 17:20
“Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq
“Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq şəkil
“Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq

Yanvarın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə yerin təkinin istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

ETSN-dən "Operativ Media"ya verilən xəbərə görə, hərrac 8 lot üzrə keçiriləcək və Salyan rayonundakı “Babazənən-III” gilcə yatağı satışa çıxarılacaq.

Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və yaxud ƏMDX-nın internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış olmaq mümkündür.

Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.

Elanda göstərilən sənədlər 27 dekabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.

Açıq hərrac İƏMDX-nın Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək.

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi