04 Oktyabr 2022, 22:44
3 avtomobil piyadanı vuraraq öldürüb
3 avtomobil piyadanı vuraraq öldürüb şəkil
3 avtomobil piyadanı vuraraq öldürüb

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib.

Avtomobil təmiri sexində çalışan şəxs piyadalar üçün müəyyən edilməyən yoldan keçərkən onu əvvəlcə əks yoldan keçən “Hyundai” markalı avtomobil vurub. Piyada zərbənin təsirindən Orxan Əliyevin idarə etdiyi “Toyota”ya çırpılıb. Zərbədən piyada yerə yıxılıb və bu zaman eyni istiqamətdə hərəkətdə olan “Toyota” markalı digər maşın piyadanın üzərindən keçib. Zərbələrin təsirindən tanınmaz hala düşən piyadanın kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb edilib. Piyadanın meyiti məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin şöbəsinə aparılıb. Hazırda piyadanı birinci vuran avtomobilin axtarışı aparılır. Faktla bağlı avtotexniki ekspertiza aparılır.

Son xəbərlər
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55
Azərbaycan PL: "Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Sabah"a qarşı
Medvedyev: Bayden Rusiya ilə müharibəyə səbəb oldu
Tramp Çinə səfər edəcək