Menyu

Sosial şəbəkədə vətəndaşı şantaj edərək pulunu alan şəxs tutulub

Nərmin Qocamanlı
Sosial şəbəkədə vətəndaşı şantaj edərək pulunu alan şəxs tutulub
1 dəq oxu

Bir nəfərin barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayılacağı ilə hədələnərək 2000 manatının alınması barədə polisə məlumat daxil olub.


DIN-dən "Operativ Media"ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Ağdaş rayon sakini  Ahmeds Azizovs müəyyən olunaraq saxlanılıb.  


Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Əlaqəli Xəbərlər