http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

İsmayıllıda evlərdən oğurluq edən köhnə məhkum saxlanılıb

06 Dekabr 2022 , 11:44
İsmayıllıda evlərdən oğurluq edən köhnə məhkum saxlanılıb

İsmayıllı şəhəri ərazisində yerləşən 2 fərdi yaşayış evindən oğurluq edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, gecə saatlarında evlərə daxil olan naməlum şəxs ümumi dəyəri 3 000 manatdan artıq olan 3 ədəd mobil telefonu və elektron qol saatını oğurlayıb.

Daxil olmuş məlumat əsasında rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin rayonun Topçu kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Əfqan Babayev olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırma zamanı saxlanılan şəxsin oğurladığı mobil telefonları Bakı şəhərində ayrı-ayrı şəxslərə satdığı məlum olub. Davam etdirilən tədbirlərlə həmin telefonlar da maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Əfqan Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR
Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb

Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb

Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb

Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb

XƏBƏR LENTİ
  • 13:15

    Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
  • 12:53

    Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb
  • 12:52

    Dezinformasiyaya qarşı mübarizə vasitələri üzrə məlumat bazası hazırlanıb
  • 12:35

    Sabah hava necə olacaq?
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Menyu