Gədəbəydə 32 yaşlı qadın baltayla qətlə yetirilib-YENİLƏNİB
Gədəbəydə 32 yaşlı kişinin həyat yoldaşını batla ilə qətlə yetiriməsinin bəzi təfərrüatları məlum olub.
"Operativ Media" APA-nın yerli bürosunun məlumatına istinadən xəbər verir ki, həyat yoldaşını qətlə yetirən rayonun Şəkərbəy kənd sakini, 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdulayevin pisxoloji problemləri olub.
Qardaşının verdiyi məlumata görə, hadisə baş verən vaxt onlar mal tövləsində olub və anidən aralarında mübahisə yaşanıb.
Bu zaman Elməddin Abdulayev həyat yoldaşı - 1990-cı il təvəllüldü Abdullayeva Könül Eyvaz qızının başına balta ilə vurub.
Qadın hadisə yerində dünaysını dəyişib.
Qeyd edək ki 8 ildir ailəli olan cütlüyün 3 azyaşlı övladları var.
Hadisəni törədən Elməddin Abdulayev şübhəli şəxs qisimində salxanıb.
Faktla bağlı Gədəbəy Rayonun Prokurorluğunda araşdırmalar davam etdirilir.
***
14:36
Gədəbəydə qadın balta ilə qətlə yetirilib.
Bu barədə "Operativ Media"ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, rayonun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.