http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Prezident Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

06 Dekabr 2022 , 16:04
Prezident Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Operativ Media" xəbər verir ki, sərəncama əsasən, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

Sərəncamla Nazirlər Kabinetinə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək və Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər

Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər

Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 08:23

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:38

    Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə görüşüb
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
  • 06:19

    Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
  • 06:11

    Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
Menyu