Menyu

DSX özünü güllələyən əsgərin ölümü ilə bağlı rəsmi açıqlama yayıb

Nərmin Qocamanlı
DSX özünü güllələyən əsgərin ölümü ilə bağlı rəsmi açıqlama yayıb
1 dəq oxu

Özünü güllələyən əsgərin ölümü ilə bağlı rəsmi açıqlama yayılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, 30 noyabr 2022-ci il tarixindən müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq, 6 dekabr 2022-ci il tarixində xəstəxanada vəfat edib.

“Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir”,- deyə məlumatda qeyd olunub.

 

 

Əlaqəli Xəbərlər