AZAL endirim elan edib, 69 avroya bilet təklif olunur

Redaksiya
Baxış: 1790
AZAL endirim elan edib, 69 avroya bilet təklif olunur

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bir sıra məşhur istiqamətlərə – Dubay, Ər-Riyad və Yeni Dehli şəhərlərinə uçuşlara yeni endirim aksiyasına start verir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "Operativ Media"ya bildiriblər ki, təklif çərçivəsində endirimli aviabiletləri fevralın 20-29-da əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin bu il 24 fevral-27 oktyabr tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.

Belə ki, Bakıdan Dubay şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 130 avro, hər iki istiqamətdə 234 avro təşkil edir. Ər-Riyad şəhərinə səyahət edərkən biletləri bir tərəfə 69 avroya, gediş-dönüş aviabiletlərini 128 avroya əldə etmək mümkündür. Yeni Dehli şəhərinə aviabiletlərin qiyməti isə bir tərəfə 150 avro, hər iki istiqamətdə 272 avro təşkil edir

YouTube video

Digər xəbərlər