05 Oktyabr 2022, 18:36
Xüsusi təyinatlı təhsil müəssisələrində “Beynəlxalq Müəllimlər Günü” qeyd olunub
Xüsusi təyinatlı təhsil müəssisələrində “Beynəlxalq Müəllimlər Günü” qeyd olunub şəkil
Xüsusi təyinatlı təhsil müəssisələrində “Beynəlxalq Müəllimlər Günü” qeyd olunub

“Beynəlxalq Müəllimlər Günü” münasibəti ilə oktyabrın 5-də xüsusi təyinatlı təhsil müəssisələrində bayram tədbiri keçirilib.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə “Beynəlxalq Müəllimlər Günü”nün Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən ölkəmizdə bayram kimi qeyd olunduğu bildirilib. Çıxış edənlər bayramın yaranma tarixindən danışıb, ölkəmizdə müəllimlərə xüsusi hörmət bəsləndiyini, eləcə də onların daima dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıblar. İstənilən cəmiyyətin formalaşmasında və layiqli vətəndaşın yetişməsində müəllimlərin əvəzsiz xidmətlərinin olduğu diqqətə çatdırılıb.

Sonra təhsilin inkişafında fərqlənən bir qrup professor-müəllim heyəti fəxri fərmanlarla təltif olunublar.

Sonda tədbir iştirakçılarına bədii kompozisiya təqdim edilib.

Son xəbərlər
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib
Sabah yağış yağacaq, güclü külək əsəcək
200 min suriyalı qaçqın ölkəsinə qayıdıb
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 Yanvar 2025, 11:55
Azərbaycan PL: "Kəpəz" "Turan Tovuz"a, "Neftçi" "Sabah"a qarşı