Yasamalda telefon oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Yasamalda telefon oğurlayan şəxs saxlanılıb

Paytaxtın Yasamal rayonu ərazisində ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan iki qadının mobil telefonlarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumatlar daxil olub.  

DİN-dən "Operativ Media"ya verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Namiq Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər