http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sabirabadda Kür çayının mühafizə zolağında yulğun kolları kəsilərək məhv edilib

13 Dekabr 2022 , 10:16
Sabirabadda Kür çayının mühafizə zolağında yulğun kolları kəsilərək məhv edilib

Sabirabad rayonunda Kür çayının mühafizə zolağında yulğun kolları kəsilərək məhv edilib.

Sabirabad rayon porkurorluğundan "Operativ Media"ya verilən məlumata görə, rayonun Cavad kəndi ərazisində Kür çayının mühafizə zolağında yulğun kollarının kəsilərək məhv edilməsi ilə bağlı Sabirabad Rayon Prokurorluğuna daxil olan material əsasında araşdırma aparılıb.

Araşdırmalarla Dəllər kəndinin bir neçə sakininin qabaqcadan əlbir olan bir qrup şəxs halında noyabrın 24-də Kür çayının mühafizə zolağına gələrək özləri ilə gətirdikləri baltalarla ərazidə olan 47 ədəd yulğun kolunu kəsərək təbitətə ümumilikdə 3 min 760 manat məbləğində maddi ziyan vurmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.3 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə tapşırılıb.

Hazırda istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR
ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

XƏBƏR LENTİ
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
Menyu