Şüvəlanda evlərdən birindən 15 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Şüvəlanda evlərdən birindən 15 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Dekabrın 6-na keçən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. 


DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər