Salyan rayonunun Həsənli kənd sakini olan bir nəfərin öldürülməklə hədələnməsi barədə polisə məlumat daxil olub.
DİN-dən "Operativ Media"ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən rayon sakini Məzahir Bədəlov müəyyən olunaraq saxlanılıb. Ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.