Menyu

Suraxanıda quldurluq və oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Nərmin Qocamanlı
Suraxanıda quldurluq və oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində quldurluq və oğurluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Suraxanı qəsəbəsi ərazisində “KİA” markalı avtomobildə sürücünün kəsici alətlə hədələnərək 260 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.  

Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Şahin Hüseynov müəyyən olunaraq saxlanılıb. 

Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə Əmircan qəsəbəsi ərazisində evlərin birindən 3100 manat pul və 3300 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mehman Süleymanov və Baloğlan Mehtiyev müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər