Menyu

İlham Əliyev: Zəngəzur dəhlizi Orta Dəhlizin imkanlarını artıracaq

Operativ Media
İlham Əliyev: Zəngəzur dəhlizi Orta Dəhlizin imkanlarını artıracaq
1 dəq oxu

Zəngəzur dəhlizinin reallaşdırılması beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına, Orta Dəhlizin imkanlarının genişləndirilməsinə xidmət edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İğdır Universitetinin təşkilatçılığı ilə keçirilən “İpək Yolunun yenidən dirçəlişi” mövzusunda Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Zəngəzur dəhlizi ölkənin əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrinin genişlənməsinə də imkan yaradacaq.

Onun sözlərinə görə, layihə Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına, daha geniş mənada isə tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək.

Əlaqəli Xəbərlər