Menyu

Hansı ərazilərdə yeni binalar tikilə bilməz?

Nərmin Qocamanlı
Hansı ərazilərdə yeni binalar tikilə bilməz?

Şəhərin bir çox ərazilərində əhalinin istirahət zonaları sökülür, əvəzində isə yeni binalar inşa edilir. Təbii ki, bu cür situasiyalarda sakinlərin etirazları bitmək bilmir. 

Bəs, görəsən, hansı ərazilərdə yeni binaların inşa edilməsi qadağandır? 

Mövzu ilə əlaqədar əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Operativ Media"ya bildirib ki, bu problemlərin bir çoxu yerli icra hakimiyyətlərinin verdiyi sərəncamlardan qaynaqlanır:

"Artıq 30 ilə yaxın bir müddətdir ki, paytaxt Bakıda çoxmənzilli binalar inşa olunur və bu günə qədər təkcə Bakı şəhərində iki mindən artıq yeni çoxmənzilli yaşayış binası inşa olunaraq vətəndaşlara təhvil verilib. Burada 10 minlərlə evsiz insanın ev problemi həll olunub. Lakin 2018-ci ilə qədər çoxmənzilli binaların inşası ilə bağlı sərəncam vermə hüququ yerli icra hakimiyyətlərinin səlahiyyətində idi və onların verdiyi yüzlərlə tikinti sərəncamı sayəsində Bakının baş planı tamamilə pozuldu. Binalar pərakəndə şəkildə tikildi, pərakəndə şəkildə tikildiyinə görə də avtoparkların nəzərdə tutulmaması, binaların arasında məsafələrin az olması və bir çox digər problemlər yaşandı ki, bu gün də aktual olaraq qalır. Demək olar ki, bu problemlərin həll yolu yoxdur".

Ekspert qeyd edib ki, 2018-ci ildən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaradıldı və tikinti sahəsində bütün səlahiyyətlər bu komitəyə verildi:

"Artıq tikilən bütün binalarla bağlı normativ qaydalara əməl olunur və mütləq şəkildə həmin tikinti qaydalarına uyğun formada həyata keçirilir. Bakıda böyük söküntü işləri gedir və şəhərin təsdiq olunmuş baş planına uyğun olaraq yaxın gələcəkdə xeyli çoxmənzilli binalar inşa olunacaq. Təbii ki, burada qadağan olunmuş ərazilər var. Məsələn seysmik zonalar, sürüşmə zonaları, yüksək gərginlik, elektrik naqilləri və digər kommunikasiya xətlərinə daha yaxın olan ərazilərdə tikinti işlərinin aparılması qadağandır. Çox zaman səhvə yol verilərək tikintiyə uyğun olmayan ərazilərdə tikinti işləri aparılıb. Bu gün artıq Bakının tam xəritəsi mövcuddur ki, həmin xəritədə şirkətlər hər hansısa bir tikinti işləri aparmaq istəyərkən aidiyyəti quruma müraciət edirlər və həmin ərazilərdə tikinti işlərinin aparılması mümkündürsə, işin icrasına icazə verilir. Əgər mümkün deyilsə, artıq həmin ərazilərdə tikinti işlərinin aparılması qadağan olunur".

E.Fərzəliyevin sözlərinə görə, yeni baş planda bütün müddəalar öz əksini tapacaq və normalara uyğun olmayan ərazilərdə tikinti işlərinin aparılmasının qarşısı alınacaq.

Sevinc İbrahimzadə

Teqlər:

"Hans\u0131 \u0259razil\u0259rd\u0259 yeni binalar tikil\u0259 bilm\u0259z?"

Əlaqəli Xəbərlər