Menyu

Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərə Baş Prokurorluqdan açıqlama

Nərmin Qocamanlı
Gəncə Şəhər İcra Hakimiyyəti ilə bağlı yayılan xəbərlərə Baş Prokurorluqdan açıqlama
1 dəq oxu

Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş  məlumatların ictimailəşdirilməsini xahiş edirik.

Əlaqəli Xəbərlər